Yuxarı

Axmaq deyiləm ki, bu hədiyyədən imtina edim - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə edəcəyi “Boinq 747-8” təyyarəsindən imtina etməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Tramp Qətərin hədiyyəsini “sərmayə” adlandırıb və bildirib ki, ABŞ pulsuz təyyarədən imtina edə bilməz.

O qeyd edib ki, Qətər istehsalı olan yeni təyyarə köhnəlmiş “1 nömrəli təyyarə”ni əvəz etmək üçün lazımdır:

"Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Mən belə bir təklifdən heç vaxt imtina etməzdim. Demək istəyirəm ki, mən axmaqlıq edib, “Yox, biz pulsuz təyyarə istəmirik, bu , çox bahalı təyyarədir” deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bu, gözəl jest olardı".

Tramp qeyd edib ki, prezidentlik müddəti başa çatdıqdan sonra təyyarə Ağ Evin ixtiyarına veriləcək:

"Mən bundan istifadə etməyəcəyəm".

Qeyd edək ki, KİV-də Qətərin ABŞ-a "uçan saray" kimi tanınan 400 milyon dollarlıq “Boinq 747-8” təyyarəsi hədiyyə edəcəyi barədə məlumat yayılmışdı.

Tarix
2025.05.13 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla