Yuxarı

ABŞ məxfi UNO sənədlərini açıqladı – Şok faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1940-1950-ci illərdə həyata keçirilən və UNO (Uçan naməlum obyekt) görüldüyü iddiaları ilə bağlı sənədlərin toplandığı "Mavi Kitab Layihəsi" ictimaiyyətə açıqlanıb.

Axar.az xəbər verir ki, ABŞ ordusunun UNO hadisələrini araşdırmaq üçün 1949-1967-ci illərdə apardığı rəsmi istintaq proqramı – "Mavi Kitab Layihəsi"ndə (Project Blue Book) bəzi qaranlıq məqamlar mütəxəssislərin gözündən yayınmayıb:

1. "Mavi Kitab Layihəsi"nin çox böyük bir missiyası vardı

BBC-yə danışan UNO araşdırmaçısı Alexandro Royas layihənin başlanğıcının 1947-ci ilin iyunundan da əvvələ söykəndiyini deyib.

"Open Minds" jurnalının redaktoru Royas hörmətli bir iş adamı və pilot olan Kennet Arnoldun Vaşinqton üzərində uçarkən bir neçə naməlum uçan cisim gördüyünü bildirir və Arnoldun daha sonra bu obyektləri "çaparaq irəliləyən fincan qablarına" bənzətdiyi ifadə edilir.

O illərdə media bu məsəldən istifadə edərək UNO-lara "uçan fincan qabları" adını vermişdi.

Böyük maraq oyadan bu hadisə ilə birlikdə eyni ildə Rozvelə endiyi iddia edilən UNO dedi-qodusu və bənzər hadisələrdən sonra ABŞ Hava Qüvvələri bu mövzuları araşdırmaq üçün işə başladı.

"Project Blue Book" ("Mavi Kitab Layihəsi") adı verilən və şayiələrə görə yalnız bir neçə üzvü olan bir təşkilat yaradılaraq, Ohayo ştatında "Wright Patterson" Hava Qüvvələrinin bazasında yerləşdirildi. Deyilənlərə görə, bu gizli orqan 20 il müddətində 12618 hadisə araşdırıb.

2. Mavi Kitab Layihəsi cəmiyyətin narahat olduğu bir dövrdə yayımlandı

II Dünya Müharibəsi bitdikdən dərhal sonra başlanan layihənin yaradılmasında əsas məqsəd Ağ Ev və ABŞ Konqresinin binası kimi əhəmiyyətli mərkəzlər də daxil olmaqla, bir çox yerdə UNO görülməsi iddialarının cəmiyyətdə yaratdığı narahatlığı aradan qaldırmaq idi.

Sənədləri yayan Con Qrinvald layihə ilə bağlı bunları deyir:

"İctimai həyəcan sürətlə yayılırdı. ABŞ hökuməti və ordusu əslində, böyük təhlükə ilə qarşı-qarşıya idi. UNO-ların yadplanetli olub-olmadığı çox da əhəmiyyətli deyildi. UNO-lar cəmiyyəti çaxnaşmaya sürükləyirdi və hökumət insanları sakit etməyə borclu idi".

Qeyd edək ki, bu gün bəzən gülüşlə qarşılanan UNO görüntüsü 1940-1950-ci illərdə ABŞ hökumətinin ən çox müzakirə etdiyi məsələlərdən biri olub.

Royasın sözlərinə görə, vəziyyət o həddə çatmışdı ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və ABŞ-ın o zamankı Prezidenti Cerald Ford UNO araşdırmalarının labüd olduğunu bildirmişdi.

1966-cı ildə Hava Qüvvələri komitəsi "Mavi Kitab Layihəsi" çərçivəsində araşdırılan bəzi fayllarda daha dərin araşdırmalara start verdi. Araşdırma qrupu daha sonra UNO aktivliyi ilə bağlı heç bir dəlil olmadığına dair hesabat yaydı.

"Mavi Kitab Layihəsi" rəsmi olaraq 1969-cu ildə nəticə əldə olunmadan sona çatdı.

3. Mavi Kitab Layihəsinə bildirilən fayllar açıldığı kimi bağlanırdı

Dəniz Qüvvələri admirallarından sadə vətəndaşlaradək, insanlar UNO gördüklərini iddia etsə də, "Mavi Kitab Layihəsi" çərçivəsində araşdırılan hadisələrin çoxu hava balonları, təbii qazların meydana gətirdiyi şəkillər, meteoroloji hadisələr və hətta istilik dəyişmələri olaraq adlandırılırdı.

Sənədlərə görə, 1956-ci ilin aprelində Vaşinqtonda bir şahid "ayın yarısı böyüklüyündə dairə çəkərək irəliləyən yumru, ağ bir obyekt" deyə təsvir etdiyi bir cisim görür.

Faylı araşdıran səlahiyyətlilər daha sonra bunun bir meteorit olduğunu söyləyir və sənəd bağlanır.
Daha sonra 1956-cı ilin yanvarında Nyu Cersidə bir nəfər "Təyyarə ölçüsündə qanadları olmayan tünd boz bir obyekt" gördüyünü deyir. Bu obyekt daha sonra bölgədə uçan hava vasitəsi olaraq qeydlərə keçir.

4. Bəzi fayllar asanlıqla açıqlana biləcək deyildi

Qrinvald və Royasın fikrincə, "Mavi Kitab Layihəsi"ndə bildirilən və araşdırmaçıların açıqlaya biləcəyi 700-dən çox hadisə var. Bu faylların çoxu kifayət qədər məlumat və dəlil tapıla bilmədiyi üçün bağlanıb.

Ancaq bağlanılan sənədlərin əksəriyyəti UNO araşdırmaçılarının cavab tapa bilməməsindən yox, yeni suallar ortaya çıxartdığından qapanıb.

Məsələn, 1964-cü ildə Nyu Meksikada bir polis məmuru şübhəli insanı təqib edərkən havada qəribə cism görüb. Polis təqibi buraxaraq həmin cismin ardınca düşüb.

Polisin sözlərinə görə, qəribə qırmızı izlər buraxan hava vasitəsi eniş edir və içindən iki uşaq boyda varlıq çıxır. Həmin cism daha sonra yerdə yanıq izləri və başqa qalıqlar buraxıb havaya qalxaraq bir saniyə içində yoxa çıxır.

Qrinvaldın sözlərinə görə, Mavi Kitab bu hadisəni açıqlaya bilmədi: "Bu qədər vaxt keçməsinə baxmayaraq, hələ də bu hadisə qaranlıq qalır".

5. Hələ də açıqlanmayan sənədlər var

Con Qrinvald hökumətdən aldığı yüz minlərlə sənədə baxmayaraq, hələ də əldə edə bilmədiyi və xalqın da məlumatsız olduğu bilgilərin olduğunu iddia edir. O, ABŞ Milli Təhlükəsizlik Dairəsinə (NSA) etdiyi tələb nəticəsində yüzlərlə səhifə sənədi əldə etdiyini, ancaq sənədlərin yararsız hala düşdüyünü deyir:

"Sənədlər o qədər əldən-ələ keçib ki, artıq heç bir işarəni oxumaq mümkün deyil. UNO işini araşdıran MKİ və ABŞ Müdafiə Kəşfiyyat Quruluşu kimi dövlət qurumları da onlarda olan sənədləri yayımlamaq istəmir. Hökumətdən daha çox məlumat istəyəcəyəm. Məncə, Mavi Kitab Layihəsi aysberqin yalnız görünən tərəfidir. Skandallardan sonra yaranan sui-qəsd nəzəriyyələrilə əlaqədar ortaya çıxacaq sirlər var. Hər zaman arxasınca gediləcək bəzi şeylər vardır".

Tarix
2015.02.14 / 18:16
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla