Yuxarı

Şahbaz Şərif Ülvi Mehdiyevi qəbul etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbaz Şərif Ülvi Mehdiyevi qəbul etdi - Foto

Yanvarın 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif hökumətin üzvlərinin də iştirakı ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, qəbul zamanı baş nazir Pakistandakı ilk ASAN Xidmət mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirib.

Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində ASAN Xidmət mərkəzlərinin yaradılacağını qeyd edib. Həmçinin Pakistan ASAN Xidmət mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirib və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verib.

Görüş zamanı Pakistandan Azərbaycana turist axınının artmasında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yaradılmış ASAN Vizanın rolu xüsusi olaraq vurğulanıb. Pakistan baş naziri ölkəmizin ASAN Viza təcrübəsindən də faydalanmaq istədiklərini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

Tarix
2026.01.16 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla