Yuxarı

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk ASAN Xidmət mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Axar.az xəbər verir ki, baş nazir bunu bu gün mərkəzin açılış mərasimində deyib.

Hökumət başçısı ASAN Xidməti vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və biznes fəaliyyətinin sadələşdirilməsi istiqamətində mühüm addım adlandırıb.

Onun sözlərinə görə, mərkəz Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər qurumlar da daxil olmaqla bir sıra dövlət strukturlarını bir mərkəzdə birləşdirir ki, bu da xidmətləri effektiv, şəffaf və vətəndaşlar üçün rahat formada təqdim etməyə imkan verir.

Ş.Şərif qeyd edib ki, Pakistan mərkəzinin əməkdaşları Azərbaycanda təcrübəli təlimçilərin rəhbərliyi altında ixtisaslaşdırılmış təlim keçiblər. O əlavə edib ki, nəzakət, peşəkarlıq və xeyirxahlıq dövlət xidmətinin standartına çevrilməlidir.

Baş nazir xatırladıb ki, Bakıda ASAN Xidmət mərkəzinə səfəri zamanı dövlət orqanlarının yüksək səmərəli və operativ fəaliyyəti onu heyran edib, bundan sonra Pakistanda oxşar modelin tətbiqini tapşırıb.

O, həmçinin ölkənin daha iki regionunda belə mərkəzlərin yaradılması barədə göstəriş verdiyini bildirib və əlavə edib ki, gələcəkdə Azərbaycanın dəstəyi ilə bu sistem Pakistanın bütün ərazisini əhatə edəcək.

Tarix
2026.01.15 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla