Yuxarı

Ayətullahdan Azərbaycana təhqir: “Şah İsmayılı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayətullahdan Azərbaycana təhqir: “Şah İsmayılı...”

"İçki şüşələrinin üzərinə Şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq İranı və xüsusilə Ərdəbili təhqir etməkdir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iranlı din alimi Ayətullah Amili çıxış edib.

Onun sözlərinə görə, Şah İsmayıl Xətainin qurduğu hakimiyyət dini əsaslara dayanırdı:

"Onlar (azərbaycanlılar – red.) başa düşdülər ki, Şah İsmayılın yaratdığı hökumət dinçi idi və dünyəviliklə heç bir əlaqəsi yox idi. İkincisi, onun təfəkkürü Quran və Əhli-beytə əsaslanırdı. Bunun özü isə millətçiliyə uymur. Üçüncüsü, onlar başa düşürlər ki, Şah İsmayılın əsas səyi bütöv İran yaratmaq idi. O inanırdı ki, İran torpağından bir qarış ərazi belə ayrılmamalıdır. Buna görə də 7 il ərzində şiə hökuməti əsasında bütöv İran təşkil edə bildi. Bu da İrandan ayrılmağa uyğun gəlmir. İrandan ayrılanlar isə Şah İsmayılı tarixin banisi hesab edirlərsə, ona uyğun hərəkət etməlidirlər".

Qeyd edək ki, bir müddət öncə Gəncədə Şah İsmayıl Xətainin şəkli olan şərabların buraxıldığı haqqında informasiya yayılmışdı.

Xatırladaq ki, Şah İsmayıl Xətai türk hökmdarıdır. O, Azərbaycan torpaqlarını bütövlükdə öz tərkibində birləşdirərək, Səfəvi dövlətinin əsasını qoyub. İran dövlətçiliyinə böyük təsiri olan bu imperiya Azərbaycan türkləri tərəfindən yaradılıb və idarə edilib. Şah İsmayılın bütün idarəetmə sistemi və ideologiyası türk ənənəsinə və inanclarına dayanır, başqa sözlə, Şah İsmayıl qədim türk inanclarını və ənənələrini islam dininə uyğunlaşdıran böyük ideoloq və hökmdardır. Səfəvi imperiyasının əsas sütununu isə 7 türk qəbiləsinin formalaşdırdığı 7 ordu təşkil edirdi. Səfəvi imperiyası bu 7 ordunun üstündə qurulub və Şah İsmayıldan sonra da imperiyanın sonuna qədər Səfəvi şahlarının ən ağır döyüşlərə göndərdiyi inanılmış ordular kimi fəaliyyət göstəriblər.

Tarix
2015.06.01 / 15:06
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla