Yuxarı

Afindan Egey addımı: Ankara müharibə səbəbi kimi görür...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afindan Egey addımı: Ankara müharibə səbəbi kimi görür...

Yunanıstan Egey dənizindəki ərazi sularını genişləndirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yorqos Yerapetritis parlamentdə çıxışı zamanı deyib.

“Egey dənizində dəniz parklarının yaradılması daha geniş dəniz strategiyasının ilk mərhələsi kimi qəbul edilməlidir. İndi suverenliyimizi gücləndirən və yurisdiksiyamıza qarşı hər hansı iddianı neytrallaşdıran dəniz parklarımız var. Bu gün Egey dənizində ərazi sularımız 6 dəniz milinə qədər uzanır. "Egey Dənizi Parkı 1" adlandıran parkın yaradılmasından sonra ikinci bir dəniz parkının yaradılması üçün addımlar atacağıq. Bu addım Yunanıstanın ərazi sularını 12 milə qədər genişləndirmək strategiyasının bir hissəsidir”, - nazir bildirib.

Qeyd edək ki, İon dənizindəki ərazi sularını 6 mildən 12 milə qədər genişləndirən Yunanıstanın Egey dənizindəki ərazi sularını da genişləndirmək addımını Ankara müharibəyə səbəb hesab edir. Çünki 1995-ci ildə Türkiyə Böyük Millət Məclisi yekdilliklə "casus belli" (Müharibə səbəbi) adlı bir bəyannamə qəbul edib. Bəyənnamədə bildirilib ki, Yunanıstan Egey dənizindəki ərazi sularını Lozanna müqaviləsi ilə müəyyən edilmiş 6 mildən kənara çıxarsa, bu müharibə səbəbi olacaq.

Tarix
2026.01.17 / 10:41
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla