Yuxarı

Qaynının evinə 26 atəş açdı - İki yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaynının evinə 26 atəş açdı - İki yaralı

Kürdəmir rayon sakini iki nəfəri güllələyib.

APA-nın məlumatına görə, fevralın 25-də Kürdəmir rayonu Toplahəsənli kənd rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib.

Münaqişəyə Məhəmmədəli Abdullayevin qaynı Natiq Dəmirovun ad günündə həddindən artıq içkili olmasına baxmayaraq yenə içki istəməsi olub.

N.Dəmirov buna etiraz edəndə mübahisə yaranıb. M.Abdullayev evinə gedərək ov tüfəngini götürüb və qaynının həyətinə girərək evin qapısına 26 dəfə atəş açıb. Nəticədə N.Dəmirov və qardaşı Raqif bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş "Arthems" markalı ov tüfəngi götürülüb.

İlkin dindirmədə M.Abdullayev içkili olduğundan törətdiyi hadisəni xatırlamadığını deyib.

Tarix
2016.02.27 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla