Yuxarı

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

Türkiyədə saxlanılan Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin hələ də Azərbaycana təhvil verilməməsi şübhəli suallar yaradır: Azərbaycanda dövlət çevrilişinə cəhd planında adı keçən bir şəxsi Türkiyə himayə edir? Hacıbəyli Türkiyənin proteksiyası altındadırsa, bu, kim(lərin) marağındadır?

Gültəkin Hacıbəyli Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbs olunmuş Ramiz Mehdiyevin çevriliş planında yer alan əsas şəxslərdən biridir. PA-nın sabiq rəhbərinin çevriliş planı haqda Rusiyaya ünvanladığı məktub hər şeyi deşifrə etdi. Məlum oldu ki, Ramiz Mehdiyev Rusiyaya Azərbaycanda konstitusion hakimiyyəti devirmək və idarəçiliyi ələ keçirmək məqsədilə 50 nəfərdən ibarət “Dövlət Şurası” yaratmağı təklif edib. 50 nəfərlik "komanda"da yer alan siyasi müxalifət nümayəndələrindən ikisinin – AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəylinin adı açıqlanıb.

Evində aparılan axtarış zamanı Ramiz Mehdiyevə məxsus məktubun tapılmasından sonra Əli Kərimli istintaqa cəlb olundu. İstintaqa ifadə verən AXCP üzvləri də onun Ramiz Mehdiyevlə əməkdaşlığını təsdiq ediblər. Çevriliş planında adı keçən Gültəkin Hacıbəyli isə istintaqdan boyun qaçırmaq məqsədilə tələsik şəkildə Türkiyəyə sığındı. 30 noyabr 2025-ci il tarixində Türkiyədə saxlanılan G.Hacıbəylinin Azərbaycana təhvil veriləcəyi gözlənilidi. Hətta bununla bağlı məlumatlar da yayılmışdı. Lakin saxlanılmasından iki aya yaxın müddət keçməsinə baxmayaraq, Hacıbəylinin Azərbaycana hələ də təhvil verilməməsi müəyyən şübhələrə yol açıb. Faktiki olaraq, Türkiyə Hacıbəylinin təhvil verilməsi istiqamətində addım atmaqdan yayınır. Sual yaranır:

- Türkiyə tərəfi Gültəkin Hacıbəylini təhvil verməyəcəkdisə, niyə həbs edildi?

- Məqsəd Azərbaycana deportasiya etmək olubsa, niyə iki aya yaxındır proses həyata keçirilmir?

- Bəlkə Türkiyə tərəfi Hacıbəylini “həbs” etməklə qoruma altına alıb?

Cavabsız qalan bu suallar G.Hacıbəylinin Türkiyənin proteksiyası altında olduğu təəssüratını yaradır və belə görünür ki, kim(lər)sə Azərbaycan qanunlarını pozmaqda, antikonstitusiya fəaliyyəti həyata keçirməkdə şübhəli bilinən keçmiş deputatı qorumaqla məşğuldur.

Bakıda suallar yaradan bu vəziyyət Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna, eləcə də Şuşa Bəyannaməsi də daxil olmaqla, ikitərəfli müqavilələrə uyğun deyil. Axı Gültəkin Hacıbəylinin adı dövlət çevrilişinə cəhd planında keçir və deməli, o, birbaşa Azərbaycanın dövlət maraqlarının əleyhinə fəaliyyətdə şübhəlidir. Türkiyə belə bir şəxsi himayə etməməlidir, Azərbaycanın etmədiyi kimi. Vaxtilə Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ üzvlərinin Azərbaycandakı fəaliyyətinə son qoyuldu və hamısı təhvil verildi. FETÖ-çülər Türkiyədə dövlət çevrilişinə cəhd etdiyi kimi, Gültəkin Hacıbəyli də Azərbaycanda eyni fəaliyyətlərdə ittiham edilir. Bu baxımdan, Türkiyənin mövcud yanaşması – Gültəkin Hacıbəylini himayə etməsi anlaşılmazlıq yaradır.

Belə iddialar irəli sürülür ki, Gültəkin Hacıbəyli Türkiyə xüsusi xidmət orqanlarının agenti olduğu üçün birbaşa onların himayəsindədir. Bu da şübhəlidir. Çünki Gültəkin Hacıbəyli Ramiz Mehdiyevə bağlı şəxsdir. Mehdiyevin isə Rusiyaya bağlılığı sirr deyil, bütün karyerası boyunca Şimala xidmət etmiş keçmiş PA rəhbərinin ifşa olunan çevriliş planı bunun sonuncu təsdiqi hesab oluna bilər. Rusiyanın adamı olan Ramiz Mehdiyevə bağlı Gültəkin Hacıbəylinin də eyni yerə - Şimala xidmət etdiyi ehtimalı daha güclüdür. Bu halda Gültəkin Hacıbəylini təhvil verməyən Türkiyənin Rusiyanın adamını himayə etdiyi fikri ön plana çıxır.

Bu, necə başa düşülə bilər? Gültəkin Hacıbəylinin himayə edilməsi Azərbaycana qarşı Rusiya-Türkiyə işbirliyidir? Yoxsa, Türkiyə Rusiyanın ismarışı ilə Gültəkin Hacıbəylini “qanadları altına” alıb?

Açıq və şübhəli suallar çoxdur. Bütün hallarda Türkiyə məsələyə aydınlıq gətirməli, ya Gültəkin Hacıbəylini Azərbaycana təhvil verməli, ya da mövcud anlaşılmazlığı izah etməlidir.

Tarix
2026.01.19 / 15:50
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla