Yuxarı

Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı

Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Zabil Qəhrəmanovun vəkili Babək Həmidov bildirib ki, müvəkkili barəsində cinayət işi Gəncə Şəhər Polis İdarəsində açılsa da, cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılır. Ona görə də Zabil Qəhrəmanov Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Həmçinin ona əlavə ittihamlar irəli sürülüb. Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Tarix
2026.01.19 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla