Yuxarı

İctimai nəqliyyatda bu şəxslər üçün güzəştlər ola bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İctimai nəqliyyatda bu şəxslər üçün güzəştlər ola bilər

Hazırda ictimai nəqliyyatda güzəştli istifadə hüququ olan kateqoriyalar kifayət qədər məhduddur. Hesab edirəm ki, bu siyahı mərhələli şəkildə genişləndirilməlidir. Çünki güzəştlərə real ehtiyacı olan əsas sosial qruplar mövcuddur.

Axar.az Bakı.vs-ə istinadla xəbər verir ki, bu barədə Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, güzəştli kateqoriyaya tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas kateqoriyalar daxildir:

"Bu qruplar üçün güzəştlərin tətbiqi mexanizmi artıq formalaşma mərhələsinə daxil olub.

Bu ildən etibarən ictimai nəqliyyatda brutto müqavilə sisteminə keçid prosesi başlanır. Rəsmi olaraq bu keçid üçün 2026–2028-ci illəri əhatə edən iki illik müddət müəyyən edilib. Ancaq düşünürəm ki, sosial təsiri nəzərə alınaraq bu proses sürətləndirilməlidir.

Keçidin baş tutması üçün həllini gözləyən bir sıra vacib məqamlar var. Əsas məsələlərdən biri nağd ödənişlə işləyən avtobusların tam şəkildə nağdsız sistemə keçməsidir. Nağdsız ödənişin BakıKart üzərindən həyata keçirilməsi artıq metro ilə inteqrasiya olunub və bu, avtobus nəqliyyatında da effektiv şəkildə tətbiq edilə bilər".

Rauf Ağamirzəyevin fikrincə, beynəlxalq təcrübə göstərir ki, sosial güzəştlərin tətbiqi üçün məhz brutto kontrakt modeli ən uyğun mexanizmdir:

"Bu modeldə güzəştlərin reallaşdırılması üçün bütün alətlər mövcuddur. Sadəcə olaraq, qeyd olunan texniki və inzibati çatışmazlıqlar aradan qaldırılmalıdır.

Brutto müqavilələr çərçivəsində yalnız güzəştli gedişlər deyil, eyni zamanda günlük, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqəlik pulsuz keçid imkanlarının tətbiqi nəzərdə tutulur. Bu yanaşma həm sosial qruplar üçün güzəştləri genişləndirir, həm də ümumilikdə vətəndaşların nəqliyyat xərclərinin optimallaşdırılmasına real zəmin yaradır.

Nəticə etibarilə, düşünürəm ki, bu il ərzində proses daha sürətli icra olunmalıdır ki, xüsusilə həssas əhali qruplarının ictimai nəqliyyat xərcləri azaldılsın və sosial ədalət prinsipi daha effektiv şəkildə təmin edilsin".

Tarix
2026.01.19 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər Azərbaycana ekstradisiya edildi

Ruttenin müavini Azərbaycana gəlir

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla