Yuxarı

Namus üstündə qulaq kəsənlər tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda həmkəndlisinin qulaqlarını kəsən iki nəfər saxlanılıb.

Rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, bunlar hadisəni törətməkdə şübhəli bilinən Əlirza Əliyev və Natiq İsiyevdir.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar bu gün Lənkəran rayonu ərazisində saxlanılaraq istintaqa cəlb olunublar.

İlkin istintaq tədbirləri zamanı saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər. Lakin onlar bildirib ki, hadisə heç də qulaqları kəsilən Lerik rayonu Veri kənd sakini Rəfail İsiyevin atası Hüseyn İsiyevin dediyi kimi otlaq sahəsinə görə deyil, namus üstündə olub. Belə ki, saxlanılan şəxslərdən biri M. adlı qadının qardaşı, digəri isə həyat yoldaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə may ayının 28-i gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə bir neçə nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər - ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lənkəran RMX-dan report-a bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".

Fotoları təqdim edirik

Tarix
2016.05.30 / 12:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla