Yuxarı

Bakının mərkəzində tıxaca görə hərəkətə keçilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində tıxaca görə hərəkətə keçilir - Video

Paytaxtın bir çox yollarında olduğu kimi, Xətai prospektində də hər gün sıxlıq müşahidə olunur. Xüsusilə pik saatlarda avtomobillərin hərəkəti dayanır. Avtomobillərin sonu görünməyən növbəsi metronun “28 May” stansiyasına qədər uzanır.

Sürücülər vaxt itirir, piyadalar isə yolun xaotik vəziyyəti ilə üzləşirlər.

Mütəxəssislər bildirirlər ki, kəsişmə nöqtələrində hərəkət axınını rahatlaşdırmaq üçün xüsusi mühəndis həlləri tətbiq olunmalıdır.

Axar.az xəbər verir ki, Elməddin Muradlının sözlərinə görə, Koroğlu Rəhimov və Xətai prospektlərinin birləşdiyi ərazidə üstünlük Koroğlu Rəhimov küçəsinə verildiyindən Xətai prospektində sıxlıq yaranır. Zolaqların artırılması təkbaşına problemi həll etməyəcək.

Mütəxəssislər qeyd edirlər ki, prospektdə tıxaclar xətlənmə işləri həyata keçirilmədiyi üçün yaranır. Parklanma yerləri təşkil olunandan sonra sıxlıq azalacaq və hərəkət daha rahat olacaq, amma piyadalar və obyektlərin maraqları qorunmalıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda yolla bağlı xüsusi optimallaşdırma planları hazırlanır.

Bundan başqa, dövlət proqramı və yerli layihələr çərçivəsində paytaxtın bir neçə ərazisini birləşdirən yeni nəqliyyat xətləri istifadəyə veriləcək.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

Tarix
2025.12.28 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla