Yuxarı

Türkiyə Rusiya ilə barışır - 9 maddəlik plan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Rusiya ilə barışır - 9 maddəlik plan

Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün atacağı addımlar dəqiqləşib.

Axar.az Türkiyə iqtidarına yaxın "Yeni Şəfəq" qəzetinə istinadən xəbər verir ki, rəsmi Ankaranın hədəfi qarşılıqlı həmlələrlə nəticə əldə etməkdir. Daha tez nəticə əldə etmək üçün isə arada vasitəçi ölkədən istifadə olunmayacaq.

Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün atacağı 9 maddəlik planı belədir:

1. İlk hədəf 15 avqusta qədər münasibətləri normallaşdırmaq, dekabrın 15-nə kimi isə münasibətləri qırıcının vurulmasından öncəki həddə çatdırmaqdır.

2. Dekabra qədər Rusiyada təşkil ediləcək bütün tədbirlərə Türkiyə ən yüksək səviyyədə qatılacaq.

3. Sentyabrın 1-nə qədər böhrandan sonra iki ölkə arasında yaranmış iqtisadi, siyasi, mədəni və sosial zərərlərin həddi müəyyən olunacaq.

4. İki ölkə arasında münasibətləri düzəltmək üçün media və QHT-lərdən istifadə ediləcək.

5. İctimaiyyət diplomatiyasından istifadə olunacaq və qırıcının vurulmasının rus pilotun səhvi olduğu təbliğ ediləcək. Həmçinin SSRİ-nin dağılması ilə Türkiyənin rus xalqının yanında olduğu bildiriləcək. Türkiyənin film sektorunun Rusiyadakı fəaliyyətinə tam dəstək veriləcək.

6. Rusiya və Yaxın Şərq siyasəti bir-birinə uyğunlaşdırılacaq.

7. Münasibətləri normallaşdırmaq üçün işçi qrup yaradılacaq.

8. İş adamlarının yardımlarından istifadə olunacaq.

9. Vasitəçi ölkədən istifadə edilməyəcək. Rəsmi Ankara bu şəkildə münasibətlərin daha sürətlə əvvəlki səviyyəyə çatacağını düşünür.

Tarix
2016.06.17 / 14:15
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla