Yuxarı

"Bakı Bus"dan oğurluq: həbs olunanlar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakı Bus"dan oğurluq: həbs olunanlar var

"Bakı Bus" şirkətinə məxsus avtobusların katalizatoru oğurlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı cinayət məsuliyyətinə iki nəfər cəlb olunub.

Məlum olub ki, "Bakı Bus"un Suraxanı rayonu, Zığ qəsəbəsində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən avtoparklarındakı "Iveco" markalı avtobusların katalizatorları oğurlanıb.

Ümumilikdə 31 avtobusun katalizatorunun oğurlanması nəticəsində "Bakı Bus"a xeyli miqdarda ziyan dəyib.

Həmin avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilib. 2022-ci ildən isə avtobusların istismarı dayandırılıb. Buna səbəb həmin avtobusların ikinci əl ehtiyat hissələrinin çox məhdud sayda olması olub. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılıb və avtobusların yenidən istismarı planlaşdırılıb.

Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılıb. Məsələ burasındadır ki, oğurluq edənlər qarajların mühafizəsinin təmin edilməsi ilə əlaqədar olaraq "Bakı Bus" tərəfindən elan edilmiş tenderin qalibi olan şirkətdə çalışıblar.

Cinayət hadisəsinin üstü sonradan avtobusların texniki baxış keçirilməsi zamanı açılıb.

Qeyd edək ki, cinayət hadisəsinə görə Şəmistan və Həsən adlı mühazifəçilər 2 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.01.24 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla