Mayın 15-dən 17-dək
Azərbaycanın avtomobil həvəskarlarının çoxdan gözlədikləri VIII
Bakı Beynəlxalq "Motor şou" ("BIMS 2014") sərgisi
keçiriləcək.
Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi olan bu tədbir
yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil
texnikası və komplektləşdiricilərinin dünyaca məşhur brendlərinin
distribütor və dilerlərini bir araya gətirəcək.
Sərgi iştirakçıları arasında minik avtomobillərinin istehsalında
məşhur olan "Bentley", "Toyota", "Lexus", "Volvo" və digər dünya
istehsalçılarının distribütorları da yer alacaq.
Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson"
və "Vespa" kimi dünya üzrə aparıcı istehsalçıların modellərini
təqdim edəcək. Kommersiya sektorunda "MANN" və "HOVA" şirkətlərinin
istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və
yarım-qoşqular nümayiş etdiriləcək (AzərTAc).
Sərgidə avto-hissələr, avtomobil yağları, filtrlər,
avtokosmetika və avtomobil kimyasına aid digər məhsullarla bağlı
tematik bölmə əhəmiyyətli yer tutacaq.