Gənclərin mənzil təminatı ilə bağlı yeni imkanlar...
20:03
| Ana səhifə Avto |
|
Xorvatiyanın "Rimac Automobile" şirkəti 2011-ci ildə debüt etmiş və potensial olaraq "Bugatti Veyron" ilə rəqabət aparmaq imkanında olan 1088 güclü "Concept-One" modelinin istehsalını işə salmaq üçün lazım olan məbləği, nəhayət ki, toplaya bilib.
"Axar.az" xəbər verir ki, kifayət qədər maliyyə
dəstəyi qazanan şirkətin banisi və başçısı Meyt Rimaç yaxın zamanda
"Concept_One" avtomobilinin seriya buraxılışını istehsal etməyə
hazırdır.
Qeyd edək ki, 4 elektrik mühərriki ilə təchiz edilən tam ötürməli
super-kupe ilk 100 km/saatda sürətlənməni 2,8 saniyəyə həyata
keçirir. Onun maksimal sürəti saatda 305 km, ehtiyat hərəkət
məsafəsi 600 km-dir. Superkarın qiyməti təxminən bir milyona
yaxındır.
|
Tarix
2014.05.02 / 03:30
|
Müəllif
Natiq Azəri
|