Yuxarı

Polis hansı hallarda sürücünü təqib edə bilər?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar tez-tez rast gəlinərdi. Şəhərin ortasında avtomobil sürətlə gedir, yol polisi avtomobili də onu qovur. Belə qaçdı-qovdulardan qəzalar da törənirdi.

DYP sürücülərin qaçmasından, sürücülər də qanunsuz təqib olunmalarından şikayətlənirdi. İnsafən, demək lazımdır ki, indi bu kimi hallara az rast gəlinir, keçmişə münasibətdə. Amma yenə də var, elə şəhərdə də avtomobili təqib edən DYP maşınlarını görmək olur. Yenə də narazlıq var: qaçan da narazı, qovan da.

Bəs sürücülərin, avtomobilin təqibi necə olmalıdır? Ümumiyyətlə, polis, DYP avtomobili sürücünü təqib edə bilərmi? Bilərsə, hansı hallarda və hansı əsaslarla?

Hüquqşünas Ərşad Hüseynov analitik.az-a bu sualları şərh edib.

Polis hansı hallarda avtomobili təqib edə bilər?

"Polis haqqında" Qanunun 20-ci maddəsinin 9-cu bəndini və "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinin 2-ci bəndinin qeydini birgə təhlil etdikdə aydın olur ki, DYP əməkdaşının dayanma barədə göstərişini sürücü yerinə yetirmədikdə onun nəqliyyat vasitəsinin təqib olunmasına yalnız aşağıdakı hallarda yol verilə bilər:

1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi (o cümlədən idarə edilən nəqliyyat vasitəsini qaçırdığı) və ya cinayət törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

2) nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə cinayət törədilməsinə real təhlükə yaratdıqda (o cümlədən həmin nəqliyyat vasitəsinin idarə olunması ilə insanın həyatına və sağlamlığına real təhlükə yaratdıqda).

Birinci hal sürücünün və ya sərnişinin cinayət törətməsi barədə inandırıcı məlumat (növbətçi hissədən, digər polis əməkdaşlarından, cinayəti bilavasitə görmüş konkret şəxsdən və s.) alındıqda, habelə DYP əməkdaşı həmin cinayət faktını şəxsən müşahidə etdikdə yaranacaqdır.

İkinci hal isə o zaman mövcud olacaqdır ki, sürücünün vəziyyəti, onun idarə etdiyi nəqliyyat vasitəsinin vəziyyəti və ya onun etdiyi hərəkətin xarakteri (məsələn, xüsusi təhlükəli manevrlər etməsi, adamların çox olduğu yerdə yüksək sürətlə hərəkət etməsi və s.) başqa hərəkət iştirakçılarının, sürücünün özünün, sərnişinlərin, DYP əməkdaşlarının və ya istənilən başqa şəxsin həyatını və ya sağlamlığını aşkar təhlükəyə məruz qoysun, yaxud da nəqliyyat vasitəsində olan sürücü və ya sərnişinlərin cinayət törədəcəyi (məsələn, silahlı basqın edəcəyi, talama cinayətləri törədəcəyi və s.) barədə dəqiq məlumatlar olsun.

DYP əməkdaşı inzibati xətaya görə sürücünü təqib edə bilməz

Sürücünün sadəcə inzibati xəta törətməsi (yol hərəkəti qaydalarını pozması) nəqliyyat vasitəsini dayandırmadığı halda onun təqib olunması üçün əsas deyildir.

Çünki qanunvericiliyin tələbinə görə, qaydalardan kənara çıxan adi hərəkət (o cümlədən DYP əməkdaşının göstərişinə tabe olmama) təqib kimi təhlükəli vasitəyə əl atmaq üçün yetərli deyildir. Ona görə də, məsələn, DYP əməkdaşının göstərişinə tabe olmayaraq hərəkətini davam etdirən sürücü getdiyi yolda əvvəlki əməkdaşın məlumatı əsasında onu dayandırmaq istəyən digər DYP əməkdaşının da göstərişinə tabe olmadıqda, yuxarıda göstərilən iki haldan hər hansı biri yoxdursa, yenə də təqibə yol verilə bilməz. Lakin belə hallarda həmin nəqliyyat vasitəsi barəsində məlumat DYP-nin və polisin digər xidmətlərinin də nəzərinə çatdırılmalı, o, nəzarətə (o cümlədən texniki vasitələrin köməyi ilə) götürülməlidir.

Nəqliyyat vasitəsinin təqib edilməsi kifayət qədər təhlükəli bir hərəkətdir, çünki həm təqib olunanların və təqib edənlərin, həm də kənar şəxslərin həyat və sağlamlığını, müxtəlif subyektlərə aid maddi dəyərləri risk altına alır. Ona görə də bunun üçün qanunda göstərilən əsasların olduğu hər bir konkret halda da təqibin zəruriliyi dəyərləndirilməli, sürücünün saxlanılmasının başqa mümkün üsulları varsa, təqibə yol verilməməlidir.

Təqibi necə həyata keçirməli?

DYP əməkdaşı müvafiq əsaslar olduqda tabeçilik qaydasında DYP-nin yuxarı vəzifəli şəxsinə (məsələn, öz taqım komandirinə, bölmə rəisinə və s.) radio-cihaz vasitəsilə məlumat verməklə təqibə yol verə bilər. Təqibin təhlükəsiz həyata keçirilməsi ən mühüm şərtdir və təqibi həyata keçirən DYP əməkdaşı təhlükəsizliyə ciddi riayət etməlidir. Açıq-aşkar təhlükə olduqda DYP əməkdaşları təqibə yol verməməlidirlər. Təqib edilən nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda bu məqsədlə məcburi dayandırma vasitələrindən ("kirpi", müxtəlif sədlər və s.) istifadə olunmalıdır.

Tarix
2014.09.19 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla