Yuxarı

Komitə avto-hərraca başladı – Ucuz

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə avto-hərraca başladı – Ucuz

Əmlak Məsələləri Dövlət Komitəsi Rusiya istehsalı olan avtomobilləri hərraca çıxaracaq.

Axar.az xəbər verir ki, komitə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Hərracda çıxarılacaq avtomobillər arasında Nissan Maxima, Şkoda Oktavia, Mersedes Benz S 350, Mersedes Benz E 320 avtomobilləri də var. Hərracda həmçinin QAZ-31105-120, QAZ-3110-101, QAZ-3110-121, QAZ-3110-121, QAZ-31105-120, QAZ-31105-120, QAZ-3110-101, QAZ-3102, QAZ-3102 avtomobilləri də yer alacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi siyahıya əsasən, hərracda ən ucuz avtomobilin start qiyməti 947 manatdan başlayır. Siyahıda ən ucuz avtomobil QAZ-3102-dir. Ən bahalı avtomobil isə Mersedes Benz S 350-dir ki, onun da ilkin qiyməti 20 650 manatdan başlayır.

Qeyd edək ki, hərrac mart ayının 3-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Hərracda iştirak etmək istəyənlər hərrac komissiyasına açılışa ən gec 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim etməlidirlər: sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Əlavə edək ki, 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Tarix
2015.02.05 / 02:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla