Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə
hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik
ediləcək.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, son vaxtlar artan sərnişin sıxlığını və
sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu
ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılmış,
reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün
ərzində 20 reys edəcəklər:
"10-nu Bakı-sərnişin stansiyasından Sumqayıt – sərnişin
stansiyasına, 10-nu isə əks istiqamətə".
Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik
qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35,
05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt
sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10,
18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna
görə, Bakı sərnişin stansiyasından saat 05:00-da və 05:20-də,
Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola
düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət
edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca
KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
BAKI - SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT CƏDVƏLİ
(18.10.2015-ci ildən)
|
Qatar
№-si
|
Bakıdan
getmə
vaxtı
|
İ s t i q a m ə t
|
Sumqayıt-sərn.
çatma
vaxtı
|
|
Qatar
№-si
|
Sumqayıt-sərn.
getmə
vaxtı
|
İ s t i q a m ə t
|
Bakıya
çatma
vaxtı
|
|
6001
|
5-00
|
Bakı-Sumqayıt-sərn.
|
5-48
|
|
6002
|
7-00
|
Sumqayıt-sərn.-Bakı
|
7-48
|
|
6003
|
5-20
|
Bakı-Sumqayıt-sərn.
|
6-08
|
|
6004
|
7-30
|
Sumqayıt-sərn.-Bakı
|
8-18
|
|
6005
|
5-35
|
Bakı-Sumqayıt-sərn.
|
6-23
|
|
6006
|
7-45
|
Sumqayıt-sərn.-Bakı
|
8-33
|
|
6007
|
5-50
|
Bakı-Sumqayıt-sərn.
|
6-38
|
|
6008
|
8-00
|
Sumqayıt-sərn.-Bakı
|
8-48
|
|
6009
|
8-30
|
Bakı-Sumqayıt-sərn.
|
9-18
|
|
6010
|
9-30
|
Sumqayıt-sərn.-Bakı
|
10-18
|
|
6011
|
16-00
|
Bakı-Sumqayıt-sərn.
|
16-48
|
|
6012
|
17-10
|
Sumqayıt-sərn.-Bakı
|
17-58
|
|
6013
|
17-35
|
Bakı-Sumqayıt-sərn.
|
18-23
|
|
6014
|
18-40
|
Sumqayıt-sərn.-Bakı
|
19-28
|
|
6015
|
18-30
|
Bakı-Sumqayıt-sərn.
|
19-18
|
|
6016
|
20-00
|
Sumqayıt-sərn.-Bakı
|
20-48
|
|
6017
|
19-00
|
Bakı-Sumqayıt-sərn.
|
19-48
|
|
6018
|
20-50
|
Sumqayıt-sərn.-Bakı
|
21-38
|
|
6019
|
19-50
|
Bakı-Sumqayıt-sərn.
|
20-38
|
|
6020
|
21-20
|
Sumqayıt-sərn.-Bakı
|
22-08
|