Yuxarı

Tıxaclar aradan belə qaldırılacaq - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tıxaclar aradan belə qaldırılacaq - Foto

Üzeyir Hacıbəyli küçəsi, Zərifə Əliyeva küçəsi, Aleksandr Puşkin küçəsi, Neftçilər və Azadlıq prospektlərində araşdırmalar aparılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, adı çəkilən küçə və prospektlərdə yol hərəkətinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi və aşağıda qeyd olunmuş təkliflərin icra edilməsi günün müxtəlif saatlarında yaranan tıxac hallarının qarşısını alacaq.

A.Puşkin küçəsindən sağa, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq hərəkətinin svetoforun əlavə seksiyasında təşkil edilməsi;

A.Puşkin küçəsindən sola, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin svetoforun əlavə seksiyasında təşkil edilməsi;

Ü.Hacıbəyov küçəsindən sağa, A.Puşkin küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin svetoforun əlavə seksiyasında təşkil edilməsi;

A.Puşkin küçəsinin Ü.Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsində istiqamətlər arasında rezin arakəsmələrin quraşdırılması;

A.Puşkin küçəsi ilə hərəkət edib Neftçilər prospekti istiqamətində hərəkət edən avtobusların birbaşa deyil, Ak. Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva küçələri vasitəsilə Neftçilər prospekti istiqamətində hərəkət etməsini təmin etmək məqsədilə A.Puşkin küçəsində yerləşən avtobus dayanacağını götürərək, Ak. Z.Əliyeva və K.Səfərəliyeva küçələrində avtobus dayanacağının quraşdırılması;

Ak. Z.Əliyeva küçəsinin A.Puşkin və K.Səfərəliyeva küçələrinin arasında olan hissəsinin biristiqamətli edilməsi;

Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, Azadlıq prospektinə, Ak. Zərifə Əliyeva küçəsinə və "Azadlıq" meydanının altında yerləşən avtomobil dayanacağına daxil olmasını təmin etmək məqsədilə "Giriş qadağandır" yol nişanlarının götürülməsi;

Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Neftçilər prospektinə çıxışının təmin edilməsi;

Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, A.Puşkin küçəsi istiqamətində hərəkətinin təmin edilməsi - təklif edilir.

Tarix
2015.10.15 / 14:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla