Yuxarı

BOK Prezidenti: "Bu, böyük nailiyyətdir"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
BOK Prezidenti: "Bu, böyük nailiyyətdir"

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti cənab Tomas Bax idmanın mədəni və siyasi fərqləri aradan qaldırmaq və müxətlif dövlətləri təmsil edən idmançıları Avropa Oyunları kimi çoxsaylı idman növlərini əhatə edən beynəlxalq tədbirdə birləşdirməyə qadir olan gücünü vurğulayıb.

Axar.az xəbər verir ki, bunu Bax Bakı 2015 Avropa Oyunlarına səfəri zamanı bildirib:

"Biz, rus idmançıların ukraynalı idmançılarla bir arada mübarizə apardığını görürük. Bu Oyunlarda Serbiya və Kosova komandaları iştirak edir, həmçinin biz erməni idmançılarını Oyunlara ev sahibliyi edən Azərbaycan idmançıları ilə yanaşı görürük. Bütün bu idmançılar Açılış Mərasimində birlikdə keçid nümayiş etdirdilər. "Bu, milliyətindən, vətəndaşlığından və ya dini etiqadından asılı olmayaraq, insanları bir araya gətirən idmanın gücündən xəbər verir. Bu, bəlkə də yalnız idmanın edə biləcəyi işdir."

BOK Prezidenti cümə günü bir çox ölkə başçıları və BOK üzvləri ilə birlikdə birinci Avropa Oyunlarının Açılış Mərasmində iştirak edib, daha sonra o, triatlon, karate və güləş yarışlarını izləyib, həmçinin Bakı şəhərində yerləşən Atletlər Kəndinə ziyarət edib. Cənab Bax əlavə edib: "Açılış Mərasimi, həqiqətən möhtəşəm idi, şouda tarix, simvolizm və mədəniyyət öz əksini tapıb. Açılış Mərasimi və Avropa Oyunlarının bütöv təşkili, təşkilatçıların bu cür qısa müddət ərzində gördükləri əzəmətli işin nəticəsidir. Bu, böyük nailiyyətdir."

Tarix
2015.06.14 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla