Yuxarı

Timoteuş Puxaç “Sabah”dan gedir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Timoteuş Puxaç “Sabah”dan gedir?

"Sabah”ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın “Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə “Meczyki” nəşrinə müsahibəsində danışıb.

Jurnalistin nə vaxtsa “Lex"ə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Puxaç bidlirib:

“Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. “Lex” inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur. Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq”.

Polşalı futbolçu İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini qeyd edib.

Qeyd edək ki, Puxaç “Lex"in yetirməsidir. O, bu klubun əsas komandasında 82 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin “Union”una transfer olunan müdafiəçi daha sonra “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holşteyn Kiel” və “Plimut”da çıxış edib.

Əlavə edək ki, Timoteuş Puxaç 2025-ci ildən “Sabah”da oynayır. Onun Bakı klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

Tarix
2026.11.11 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla