Yuxarı

Rusiya Bakıda liderliyini qorudu - Canlı yayım

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Bakıda liderliyini qorudu  - Canlı yayım

Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastikada fərdi yarışlara start verilib.

Axar.az xəbər verir ki, çoxnövçülükdə mükafatçıları müəyyənləşdirəcək gimnastlar alətlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Azərbaycanı iki idmançı təmsil edəcək. Ayşən Bayramova və medal ümidlərimizdən olan çoxnövçülükdə qüvvələrini sınayacaq.

Gimnastlarımız ayrı-ayrı alətlərdə də mübarizə aparacaq. Durunda və Bayramova həlqə, lent, top və gürzlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək.

13:13

Belçikanın qadınlardan ibarət triosu I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarında 86,480 xal toplayaraq qızıl medal qazanıb.

Gümüş medalın sahibləri 85,430 xalla Rusiya nümayəndələri, bürünc medal sahibləri isə 84,610 xalla Belarus idmançıları olub.

Azərbaycanlı idmançıları yarışları 82,310 xal ilə 5-ci yerdə başa vurub.

13:47

Akrobatika gimnastikası üzrə çoxnövçülük yarışları davam edir.

Ölkəmizi təmsil edən Anatoliy Leonov və Ulyana Dyakova çıxış edib. 77,430 xal toplayan həmyerlilərimiz birinci pilləyə yüksəlib.

Yarışlar davam edir.

15:27

Akrobatika gimnastikası üzrə I Avropa Oyunlarının qalibləri məlum olub.

Gözlənildiyi kimi, Rusiyanın Marina Çernova və Gergi Patarayadan ibarət cütlüyü 89,310 xal toplayaraq turnirin baş mükafatına sahib olub.

Gümüş medalı Almaniya, bürünc medalı isə İngiltərə yığması qazanıb.

Azərbaycanı təmsil edən Anatoliy Leonov və Ulyana Diakova öncə yuxarı pillədə olsalar da sonda 6-cı yerdə qərarlaşıblar.

Tarix
2015.06.19 / 15:27
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla