Yuxarı

Avropalı qonaqlar Azərbaycan teatrına vuruldu

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropalı qonaqlar Azərbaycan teatrına vuruldu

Avropa Oyunları ərəfəsində ölkəmizdəki teatrlarda xarici qonaqlar üçün tamaşalar səhnələşdirilir. Dünən Azərbaycan Dövlət Musiqili Teatrında J.B.Molyerin "Skapenin kələkləri" tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gəlmiş əcnəbi qonaqlar – Almaniyadan, Rusiyadan və Ukraynadan olan turistlər də tamaşanı izləyiblər.

Söhbət zamanı qonaqlar tamaşadan razı qaldıqlarını bildiriblər:

"Teatrınızın çox unikal və möhtəşəm binası var, heyran qalmışıq. Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, sanki Avropanın ən inkişaf etmiş ölkələrindən birinin teatr salonundayıq. Azərbaycan Avropada ən çox inkişaf etmiş ölkələrdən biridir. Elə təkcə I Avropa Oyunlarının açılış mərasimi bunun əyani sübutudur".

Qeyd edək ki, tamaşada rolları əməkdar artist Boris Qrafkin, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Nadejda Povelisina və başqaları ifa ediblər.

Tarix
2015.06.19 / 16:19
Müəllif
Nigar An
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla