Yuxarı

Qılıncoynatma: Polşaya qalib gəldik - Yenilənir

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 I Avropa Oyunlarının qılıncoynatma yarışlarında sonuncu günə start verilib.

Axar.az xəbər verir ki, yarışın son günündə Azərbaycanı kişi sablyaçılar və qadın şpaqaçılardan ibarət komandalar təmsil edib. Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayıb. Kişilər Rusiya millisi ilə üz-üzə gəlib. Yığmamız 26:45 hesabı ilə uduzaraq, mükafatlar uğrunda mübarizəni dayandırıb.

Daha çox ümidlər bəslənən qadın yığmamız Ukrayna ilə görüşüb. Qılıncoynatmada medal qazanan hər iki təmsilçimiz Sevil və Sevinc Bünyatova bacılarının, həmçinin təcrübəli Səbina Mikinanın yer aldığı yığmamız komanda yarışında iddialı olsa da, ilk qarşılaşmada uduzub.

Fərdi yarışlarda sablyada çıxış edən idmançılarımız komandada şpaqa ilə bacarıqlarını nümayiş etdirərək, Ukrayna ilə üz-üzə gəlib. Məşhur Olqa Xarlanın yer aldığı güclü rəqib 45:24 hesabı ilə qalib gəlib.

Hər iki komandamız 1/4 finalda uduzduğu üçün 5-ci yer uğrunda mübarizə aparacaq. Kişilər Macarıstan, qadınlar Polşa ilə görüşəcək.

Kişilər, sablya

1/4 final

AZƏRBAYCAN – Rusiya 26:45

Kənan Əliyev – Sergey Bida 4:4

Mehrab Həsənov – Sergey Xodos 4:4

Vəkil Nəsirov – Anton Qlebko 2:4

Mehrab Həsənov – Sergey Bida 3:8

Kənan Əliyev – Anton Qlebko 4:5

Vəkil Nəsirov – Sergey Xodos 4:5

Mehrab Həsənov – Anton Qlebko 1:5

Vəkil Nəsirov – Sergey Bida 1:5

Kənan Əliyev – Sergey Xodos 3:5

Qadınlar, şpaqa

1/4 final

AZƏRBAYCAN – UKRAYNA 24:45

Səbina Mikina –Alina Komaşuk 5:3

Sevinc Bünyatova – Olqa Xarlan 4:7

Sevil Bünyatova – Alyona Kravatska 6:5

Sevinc Bünyatova - Alina Komaşuk 2:6

Səbina Mikina – Alyona Kravatska 2:5

Sevil Bünyatova - Olqa Xarlan 0:5

Sevinc Bünyatova – Alyona Kravatska 2:5

Sevil Bünyatova – Alina Komaşuk 2:5

Səbina Mikina – Olqa Xarlan 1:5

***

5-ci yer uğrunda qarşılaşmada qadın yığmamız Polşaya 45-41 hesabı ilə qalib gəlib.

Tarix
2015.06.27 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla