Yuxarı

“Arena Fonte Nova”da derbi: İspaniya Hollandiyaya qarşı

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Arena Fonte Nova”da derbi: İspaniya Hollandiyaya qarşı

Bu gün DÇ-2014-ün növbəti oyunu keçiriləcək.

Axar.az xəbər verir ki, mundialın ikinci günü A qrupunda yer alan Meksika Kamerun yığması ilə üz-üzə gələcək. Görüş Braziliya vaxtı ilə 13:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq.

Eyni zamanda B qrupunun oyunları da bu gecə baş tutacaq. Gecə saatlarında futbol azarkeşləri İspaniya – Hollandiya (00:00) və Çili – Avstraliya (03:00) milli komandalarının qarşılaşmalarını izləyə biləcək.

Komanda dəyəri 617 milyon avro olan İspaniya – 199,8 milyon avro dəyəri olan Hollandiya yığması ilə qarşılaşacaq. Bu komandalar indiyədək 4 dəfə qarşılaşıb. 3 oyunda İspaniya, 1 oyunda Hollandiya meydanı qalib tərk edib.

Xatırladaq ki, bu komandalar sonuncu dəfə ötən Dünya kubokunun finalında qarşılaşıb. Andres İnyestanın vurduğu yeganə qolla İspaniya Hollandiyaya qalib gələrək Dünya kubokunu qazanmışdı. Bu baxımdan bu komandaların oyunu böyük maraq doğurur.

Oyunu italiyalı hakim Nikola Rizzoli idarə edəcək.

Tarix
2014.06.13 / 13:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan 4 türk ölkəsi ilə razılığa gəldi - ETOTS

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla