Yuxarı

Son mundialın finalçıları üz-üzə - Foto proqnoz

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son mundialın finalçıları üz-üzə - Foto proqnoz

Bu gecə Braziliyada dünya çempionatında A qrupunun ilk mərhələsinin son matçı keçiriləcək. B qrupunda isə mübarizəyə start verilir.

Axar.az xəbər verir ki, A qrupunun ikinci qarşılaşmasında Meksika və Kamerun milliləri görüşəcək.

B qrupunun mərkəzi görüşü isə İspaniya və Hollandiya arasında baş tutacaq. Bu komandalar 2010-cu ildə DÇ-nin finalında da üz-üzə gəlib. Həmin görüşdə İspaniya yeganə qol ilə qalib gəlməklə ilk dəfə dünya kubokunun sahibi olmuşdu. Bu səbəbdən görüşün prinsipiallığı daha da artır.

Bu komandalar 10 dəfə qarşılaşıb. Belə ki, ispanlar 5, hollandiyalılar 4 dəfə qalib gəlib. 1 görüşdə isə sülh qeydə alınıb. Top fərqində də ispanlar üstündür – 16:11.

Qrupun digər görüşündə isə Çili və Avstraliya qarşılaşır. Bu komandalar indiyədək 4 dəfə üz-üzə gəlib. Çili 3 qələbə qazanıb, 1 görüşdə heç-heçə olub. Top fərqində çililər 6:1 üstündür.

A qrupu

21:00 Meksika – Kamerun
Hakim: Vilmar Roldan (Kolumbiya)
Natal. "Arena das Dunas"

B qrupu

00:00 İspaniya – Hollandiya
Hakim: Nikola Ritsoli (İtaliya)
Salvador. "Arena Fonte Nova"

03:00 Çili – Avstraliya
Hakim: Numandyez Due (Kot-dİvuar)
Kuyaba. "Arena Pantanal"

Qeyd edək ki, Axar.az B qrupunda baş tutacaq Hollandiya - İspaniya qarşılaşmasını canlı olaraq təqdim edəcək.

Aşağıda verilən fotoda "Topaz" proqramının oyunlara verdiyi əmsallar əks olunub.

Tarix
2014.06.13 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla