Yuxarı

Tanınmış məşqçi FİFA-nı tənqid etdi

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış məşqçi FİFA-nı tənqid etdi

"İngiltərə çox güclü komandadır. Onların heyətində elə futbolçular var ki, sürətləri ilə hamını təəccübləndirirlər. Son vaxtlar İngiltərənin oyun üslubu dəyişib. Əgər əvvəllər onlar uzun ötürmələrə üstünlük verirdilərsə, indi bu yoxdur. İngiltərə ağıllı oyun göstərməyə çalışır".

Bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli DÇ-2014-də İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, komandası turnirə yaxşı hazırlaşıb, bunun da nəticəsinə qələbə qazanıb.

Prandelli FİFA haqda tənqidi fikirlər də səsləndirib.

Qeyd edib ki, dünyanın ali futbol qurumu rütubətli hava zamanı oyunda taym-autun (müvəqqəti fasilə) yaranmasına icazə verməməklə səhv edir: "Belə hava şəraitində taym-autun verilməməsi biabırçılıqdır. Əgər FİFA yaxşı yarış görmək istəyirsə, futbolçulara bərpa olunmaları üçün matçın gedişatında zaman verməlidir. Əks halda belə rütubətli havada istənilən səviyyədə çıxış etmək mümkünsüzdür. İngiltərə ilə qarşılaşmada bizə də çətin oldu, amma çalışdıq, hesabı qoruya bilək".

Qol.az

Tarix
2014.06.15 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 4 türk ölkəsi ilə razılığa gəldi - ETOTS

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla