Yuxarı

Mundial həyəcanı davam edir - Foto proqnoz

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mundial həyəcanı davam edir - Foto proqnoz

Bu gün Braziliyada davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsində daha 3 qarşılaşma keçiriləcək.

Axar.az xəbər verir ki, H qrupunda keçiriləcək qarşılaşmada Belçika və Əlcəzair komandaları üz-üzə gələcək. Avropalıların qələbə qazanmaq şansı yüksək qiymətləndirilir.

H qrupunun digər qarşılaşmasında ikinci görüş keçiriləcək. Şimal qonşumuz Rusiya Cənubi Koreya ilə qarşılaşacaq. Komandalar tarixləri ərzində bir dəfə qarşılaşıb. Bu matçda da Rusiya rəqibinə 2-1 hesabı ilə qalib gəlib.

A qrupunda II mərhələnin növbəti qarşılaşması baş tutacaq. Amerikası derbisində Braziliya Meksika ilə turnir cədvəlinin lideri olmaq üçün mübarizə aparacaq. Matçda qələbə qazanan tərəf növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaq. Braziliya və Meksika tarixləri ərzində 38 dəfə qarşılaşıb. 22 matçda Braziliya, 10-da Meksika qalib olub, 6 görüş isə bərabərliklə nəticələnib. Top fərqində cənubi amerikalılar üstündür – 71:36.

Qeyd edək ki, Belçika - Əlcəzair və Braziliya - Meksika matçı Axar.az-da canlı yayımlanacaq.

"Topaz" proqramının aşağıda qeyd edilən oyunlara verdiyi əmsalları fotolarla təqdim edirik:

17 iyun

H qrupu
21:00. Belçika - Əlcəzair


Belçika: Kurtua, Alderveireld, Kompani, Vertongen, Vitsel, De Bryune, Lukaku, Azar, Van Byuten, Dembele, Chadli
Əlcəzair: Rais, Bougerra, Ghulam, Hallice, Fegolu, Medjani, Bentaleb, Sudani, Taider, Mahrez, Mustafa

18 iyun
A qrupu
00:00 Braziliya – Meksika
Hakim: Cüneyt Çakır (Türkiyə)
Fortaleza. "Kastelan" stadionu

H qrupu
03:00 Rusiya - Cənubi Koreya
Hakim: Nestor Pitana (Argentina)
Kuyaba. "Arena Pantanal"

Tarix
2014.06.17 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla