Yuxarı

Raul: “İspaniya erası başa çatdı”

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Raul: “İspaniya erası başa çatdı”

İspaniya millisinin canlı əfsanəsi Raul Qonzales yığmanın "DÇ-2014"dəki uğursuz çıxışını dəyərləndirib.

Təcrübəli futbolçu İspaniya erasının başa çatdığını bildirib:

"İspaniya millisinin heyətində olan futbolçulara güvənirdik, ancaq bu dəfə uğur qazanmaq mümkün olmadı. Təbii ki, məyusuq, bununla belə 6 ildə böyük uğur əldə edən komandanın futbolçularına təşəkkür etməliyik. Hər bir eranın sonu olur.

Çox təəssüf ki, İspaniya erası belə başa çatdı. Ancaq bu komandanın ləyaqətini unutmamalıyıq. Top-komanda olmaq çətindir, onu qoruyub saxlamaq daha da çətindir. Bizim daha öncə belə uğurumuz olmayıb. Bəli, era başa çatdı, amma komandanın 2008-2012-ci illərdə qazandığı uğuru təkrarlamaq çətin olacaq".

Xatırladaq ki, 2008 və 2012-ci illərdə Avropa çempionu olan İspaniya millisi 2010-cu ildə dünya kubokunu başı üzərinə qaldırmışdı.

Qol.az

Tarix
2014.06.20 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla