Yuxarı

Alimlər oxu zalının açılışında - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər oxu zalının açılışında - Foto

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

Kult.az xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmə xüsusi önəm verildiyini bildirib, bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu elm müəssisəsinin Elmi Arxivi və Kitabxanası barədə məlumat verib. Bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Qeyd olunub ki, son illərdə Tarix İnstitutunda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb.

Yaqub Mahmudov bu elm müəssisəsinə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən 100 mindən çox arxiv sənədi gətirildiyini deyib. Məlumat verilib ki, institutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr və s. var.

Kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır. Onlar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitabları qeyd etmək olar.

İnstitutun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları var. Tarix İnstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilir.

Sonra tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar.

Tarix
2019.02.08 / 16:39
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla