Yuxarı

Ulduz Qasımın “Xocalı şikəstəsi” təqdim edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ulduz Qasımın “Xocalı şikəstəsi” təqdim edildi

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Ulduz Qasımın müəllifi olduğu “Xocalı şikəstəsi” romanının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, millət vəkili Hikmət Babaoğlu, tanınmış politoloq Elçin Mirzəbəyli, jurnalistlər Azər Həsrət, Elşad Eyvazlı, Aydın Quliyev, Vüqar Rəhimzadə, Aqil Camal və müharibə veteranları iştirak edib.

Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Xocalı soyqırımının dünyada tanıdılmasının bütün azərbaycanlıların vətəndaşlıq borcu olduğunu bildirib:

“Bu faciə, əlbəttə ki, planlaşdırılmış faciədir və bunun dünyaya tanıdılması üçün diplomatik siyasi publisistik yollar axtarırıq. “Xocalı şikəstəsi” əsəri də bu axtarışların nəticəsi kimi meydana çıxıb”.

Publisist Rəhilə Gülgün “Xocalı şikəstəsi” kitabının müəllifi Ulduz Qasım haqqında danışıb və onun fəaliyyətini yüksək qiymətləndirib. O, kitabın xarici dillərə tərcümə edilməsinin zəruri olduğunu vurğulayıb.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, son illər Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün xeyli işlər görülür və bu kitab da onlardan biridir:

“Son illər ərsəyə gələn bu kitablar daxili yanğının və vətəndaşlıq mövqeyinin ifadəsidir. Kitab bu hadisələrin canlı bədii obrazını yaradıb. Hesab edirəm ki, kitabın digər dillərə tərcümə olunması vacibdir. Bədii yaradıcılıqla dünya ictimaiyyətinə təsir etmək daha effektivdir”.

“Xocalı şikəstəsi” kitabını türk dilinə çevirən İmdad Avşar bu soyqırımın bütün türk dünyasının faciəsi olduğunu deyib:

“Qarabağ faciəsi tək Azərbaycanın yox, türk millətinin başına gələn hadisə kimi qiymətləndirilməlidir. Bu, əslində, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın da məsələsidir. Bunun dünya ictimaiyyətinə çatdırılması üçün siyasi, iqtisadi mübarizə ilə yanaşı, mədəni mübarizə də aparılmalıdır. Dünya tarixində müxtəlif millətlərin həyatında dastanlar var. Dastanlar adətən faciələr və məğlubiyyətlərdən sonra ərsəyə gəlir. Dastanların ümumi missiyası milləti dirçəltmək, gələcək nəsilləri inşa etməkdir. Bu romanda, fikrimcə, bu məqsədə xidmət edir”.

Digər tədbir iştirakçıları da kitabın nəşrini yüksək qiymətləndirib.

Tarix
2019.02.25 / 14:16
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla