Yuxarı

"Tarixin daş yaddaşı: Göylər" təqdim olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Tarixin daş yaddaşı: Göylər" təqdim olundu - Foto

Şamaxı rayonunun Göylər kəndində Cavid Əhmədovun "Tarixin daş yaddaşı: Göylər" adlı kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göylər kənd T.Kərimov adına 2 saylı orta məktəbdə baş tutan tədbirdə kənd sakinləri, ziyalılar, sənət və qələm adamları iştirak ediblər.

Məktəbin direktoru Elmir Alməmmədov qonaqları salamlayaraq təhsil ocağında bu cür ədəbi-mədəni tədbirlərin artıq ənənə halı aldığını vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, folklorşünas alim Qüdrət Umudov kitab haqda geniş məruzə ilə çıxış edib. O, elmi-publisistik janrda yazılmış kitabın məziyyətlərini sadalayıb, kitabda bir kəndin tarixi, etnoqrafiyası, inanc qaynağı, toponimləri, dialekti, elm və sənət adamları, müharibə iştirakçıları, şəhidləri haqda hərtərəfli məlumatların əks olunduğunu bildirib: "Aparılmış araşdırma hesabına bir yaşayış məskəni və onun sakinləri barədə bütün mümkün məlumatların yer aldığı bu kitabı bir kəndin ensiklopediyası da adlandıra bilərik".

Bölgənin tanınmış ziyalılarından olan Aftandil Şikarov kitabın böyük sevgiylə ərsəyə gətilidiyini qeyd edib: "Yaxşı olardı ki, Azərbaycanın bütün kəndləri haqda belə kitablar yazılsın".

Tədbirdə kitabın məsləhətçisi Sarvan Kərimov, şairlər İbrahim İsrafil, Elsevər Qəni, idman sahəsində uğurlara imza atmış, əməkdar məşqçi Məhəmməd Şərifov, kəndin ilk ali təhsilli sakini Abdulhəqq Rəsulovun oğlu Məhəmməd Rəsulov çıxış ediblər.

Tədbirin aparıcısı yazıçı Qurban Yaquboğlu bu cür ədəbi-mədəni tədbirlərin ənənəyə çevrilməsini təqdir edib.

Sonda müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu yaxınlarda "Elm və təhsil" nəşriyyatı Cavid Əhmədovun "Tarixin daş yaddaşı: Göylər" adlı publisistik-araşdırma kitabını çapdan buraxıb.

Kitabda Şamaxı rayonunun ən böyük kəndlərindən olan Göylər kəndinin tarixi keçmişi, bu günü, görkəmli insanlarının həyat və fəaliyyəti, qədim yaşayış məskəninin toponimikası, sakinlərinin etnoqrafiyası, dialekt və şivəsi araşdırılıb, eləcə də İkinci Dünya müharibəsində və Qarabağ savaşında kənd sakinlərinin keçdiyi döyüş və qəhrəmanlıq yoluna nəzər salınıb.

Tarix
2019.09.16 / 11:11
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla