Yuxarı

Anarın atasının evində nələr var?.. – Video/Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anarın atasının evində nələr var?.. – Video/Foto

Göyçay rayonunda yerləşən önəmli məkanlardan biri də xalq şairi Rəsul Rzanın ev muzeyidir. Xalq şairi Göyçayda yerləşən və onun adına əbədiləşdirilən ev muzeyində 1910-cu il may ayının 19-da anadan olub.

Onun doğum tarixi bəzən mübahisə mövzusu olsa da, Göyçay şəhər Rəsul Rza adına muzeyin direktoru Solmaz Həsənova Axar.az-ın bölgə müxbirinə bildirib ki, şair həqiqətən 1910-cu ildə dünyaya göz açıb.

S.Həsənovanın sözlərinə görə, digər muzeylər kimi R.Rzanın ev muzeyində də əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsi təmin edilir.

2017-ci ildə şairin ev muzeyi azərbaycançılıq məfkurəsinə uyğun yenilənib. Eksponatların çox hissəsi şairin oğlu - Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanıb.

Muzeyin baş fond üzrə mühafizə rəhbəri Həmid Hüseynov qeyd edib ki, burada ümumilikdə 449 eksponat nümayiş olunur.

Muzey bir mərtəbədən və 4 otaqdan ibarətdir. 1-ci zalda muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar, fəxri fərmanlar, diplomlar, R.Rza haqqında ümumi məlumatlar sərgilənir. R.Rza poeziyasında azərbaycançılıq məfkurəsi haqqında Ulu öndərin söylədiyi fikirlər və sitatlar nümayiş olunur. Bu zalda Sosialist Əməyi Qəhrəmanı olan şairin aldığı mükafatlar, fəxri adlar, fotostendlər göstərilir.

2-ci otaqda onun uşaqlıq və gənclik illərinə aid foto materiallar, R.Rzaya aid şəxsi əşyalar, xanımı Nigar Rəfibəyliyə aid foto stend, R.Rzanın müasirləri ilə foto stendi, şairin şeirlərindən ibarət parçalar, R.Rzaya məxsus pianino vardır.

3-cü zal şairin yaradıcılığına aid otaqdır. Otaqda şairin özünə aid şəxsi əşyaları, ov tüfəngi və anası Məryəm xanıma aid məişət əşyaları, fotostendlər, kitablar və s. nümayiş olunur.

Sonuncu, yəni 4-cü zalda Rəsul Rza və Nigar Rəfibəyliyə məxsus məişət əşyaları, suvenirlər, lampalar, çay dəsti, gül qabları, stolüstü saat, tüfəng, R.Rzanın ailəsi ilə olan şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponat kimi qorunub saxlanılır.

Qeyd edək ki, xalq şairi Rəsul Rza 1 aprel 1981-ci ildə - 70 yaşında dünyasını dəyişib. Birinci Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2020.06.23 / 23:31
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla