Yuxarı

“Biz türklərik, çadırımız göy qübbəsi” təqdim edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Biz türklərik, çadırımız göy qübbəsi” təqdim edildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən, türk xaqanlıq tarixinə həsr olunan “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə “Zoom” üzərindən keçirilən onlayn təqdimatında iştirak edib.

Kult.az xəbər verir ki, millət vəkili təqdimatın 15 sentyabr - Qafqaz Türk-İslam Ordusunun Azərbaycana gəldiyi, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas etdiyi günün ildönümundə keçirilməsindən məmnunluğunu bildirib. Qənirə Paşayeva hazırlanan kitabın türk dünyasında birlik ruhunun daha da güclənməsi üçün böyük önəm daşıdığını vurğulayıb.

“Nuru Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz örnəyidir”, - deyən millət vəkili Ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Prezident İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” kəlamlarını xatırladıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq bağlarının daha da güclənməsi yönündə aparılan dövlət siyasəti günümüzdə özünün yeni yüksək zirvəsinə çatmaqdadır.

Q.Paşayeva gələcəyimizin qurucusu olacaq gənc nəslin nümayəndələrini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə çağırıb. Məktəblərdə 8-ci sinif şagirdləri üçün ortaq "Türk tarixi" dərsliklərinin hazırlanmasından çox şad olduğunu deyən Komitə sədri bu dərsliklərin gənclərimizin ortaq tariximizi dərindən öyrənməsinə kömək edəcəyini deyib:

“Ortaq keçmişdən ortaq gələcəyə aparan yolda hər kəsə uğurlar diləyirəm! Tariximiz, bugünümüz və gələcəyə baxışımızın məzmunu gələcək uğurlarımızı şəkilləndirən əsas amillərdir”.

Tarix
2020.09.15 / 22:19
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla