Yuxarı

“Seçilmiş əsərlər”in üçün­­cü cildi çap olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Seçilmiş əsərlər”in üçün­­cü cildi çap olundu - Foto

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin üçün­­cü cildi çap olunub. Üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şair­lə­ri­nin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin prob­le­matik aspektlərindən bəhs edən esselər və ölkəmizin teatr səhnələri ilə ya­naşı, xarici ölkələrdə də səhnələşdirilən pyeslər daxil edilib.

Kult.az xəbər verir ki, Kamal Abdullanın şeirləri daha öncə “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014), Alla Axundova tərəfindən rus dilinə tər­cü­mə edilərək “Господин дороги” (Москва, Риф Рой, 2004) kitab­ların­da çap edilib.

Müəllifin kitaba daxil edilən rus poeziyasının “Gümüş dövrü” şair­lə­rin­dən etdiyi tərcümələr öncə “Gümüş dövrün sirləri” (Bakı, Mütərcim, 2001) adlı tərcümə kitabçasında çap olunub. Müxtəlif müəlliflərdən seçilən bu şeirləri birləşdirən ümumi cəhət antik motivlər, xüsusən mifik qəh­rə­man­ların əzablı taleyidir. Rusca orijinal mətnlərin də tər­cü­mələrlə bir yerdə kitaba daxil edil­mə­si­nin məqsədi oxucunun diqqətini tərcü­mə zamanı məzmunla birlikdə for­ma­nın da saxlanmasına yönəltmək­dən ibarətdir.

“Seçilmiş əsərləri”n üçüncü cildinə daxil edilmiş pyeslər müəllifin daha öncə çap edilmiş “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002), “Bir, iki – bizimki!” (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004) kitab­ların­da işıq üzü görüb.

Kamal Abdullanın bu pyesləri Əflatun Ney­mət­zadə tərə­findən türk dilinə tərcümə edilərək “Ruh” (Ankara, 2006) kita­bın­da, həm­çinin Azər Mustafazadə, Vaqif İbrahimoğlu, Gülnar Şıxəliqızı tərəfindən rus dilinə tərcümə olunaraq “Господин дороги” (Москва, Риф Рой, 2004) və “Все мои печали...” (Баку, Мутаржим, 2009) kitablarında da çap olunub. Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Əsgər Əsgərov, Mikayıl Mika­yı­lov, Əlif Cahangirli, Gümrah Ömər və başqa məşhur rejis­sorlar Kamal Abdul­lanın müxtəlif pyeslərini ayrı-ayrı teatrlarda səhnə­ləş­diriblər.

Müəl­lifin “Kim dedi ki, Simurğ quşu var imiş?!” pyesi Azərbaycan sənət tari­xində ilk dəfə olaraq Gürcüstanda Rustaveli adına Gürcüstan Döv­­lət Akademik Dram Teatrında gürcü dilində, eyni zamanda Estoniyada eston dilində tamaşaya qoyulub.

Tarix
2020.10.02 / 17:01
Müəllif
Kult.az
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla