Yuxarı

Aydın Balayevin AXC ilə bağlı yeni kitabı nəşr edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Balayevin AXC ilə bağlı yeni kitabı nəşr edildi

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü idönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi" adlı kitabı nəşr edilib.

Kult.az xəbər verir ki, bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən ikincisidir.

Tədqiqatda Azərbaycan milli hərəkatının müstəqil bir siyasi qüvvə kimi formalaşmasının ilkin tarixi şərtləri təhlil edilir və onun inkişafının əsas mərhələləri müəyyənləşdirilir. Əsərdə həmçinin milli hərəkatın formalaşması və təkamülü prosesi haqqında bir sıra polemik müddəalar irəli sürülür.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və Azərbaycan milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.

Tarix
2022.05.21 / 12:52
Müəllif
Kult.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla