Yuxarı

Sona Vəliyeva yeni kitabını Zərdabiyə həsr etdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sona Vəliyeva yeni kitabını Zərdabiyə həsr etdi

Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi, tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "İşığa gedən yol" adlı kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, indiyə qədər çap olunmuş "Azərbaycançılıq mili ideologiya və ədəbi-estetik təlim kimi"(2012), "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası"(2003) elmi-publisistik və "Çəhrayı rəngli dünyam"(2007), "Arazbarı"(2011) şeirlər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanan Sona Vəliyeva bu dəfə roman janrındakı qabiliyyətlərini nümayiş etdirib.

"İşığa gedən yol" romanı Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat yolu və yaradıcılığına həsr olunub. Əsər görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edir. Romanda 1848-ci ildən 1906-cı ilə kimi Zərdabinin həyatında baş verən ən önəmli hadisələrə yaxından şahidlilik etmək mümkündür. Bu roman bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə, ziyalılıq tarixinə işıq salır. Azərbaycan tarixinin olduqca ziddiyyətli dövrünün, rus imperiyasının tərkibindəki illərin əks olunduğu əsərdə xalqımız üçün bugünkü müstəqilliyin nə qədər önəmli olduğu bütün aydınlığı ilə görünür.

Kitab 768 səhifə olsa da qısa zamanda oxunur. Əsərdəki yarımbaşlıqlar onun daha oxunaqlı və maraqlı olmasını təmin edir. Əsəri oxuyarkən özünü Zərdabinin bir addımlığında hiss edirsən. Sanki onun sevincini də, məyusluğunu da bölüşürsən. Bu da müəllifin təsvir qabiliyyətinin gücündən xəbər verir.

Tarixi faktlar, müstəsna hadisələr, ağrılı məqamlar müəllifin qələminə xas ustalıqla verilir. Romanda işıqlandırılan hadisələr ilk dəfə Azərbaycan oxucusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim olunur. XIX əsr və XX əsrin ilk onilliyinin reallığının dərki baxımından "İşığa gedən yol" romanı ədəbiyyatımızda mühüm yeri olan əsər hesab edilməlidir.

Bu romanı Sona Vəliyeva yaradıcılığını sevənlərlə yanaşı, tarixə, mətbuata marağı olan hər bir kəs oxumalıdır.

Tarix
2016.06.20 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla