Yuxarı

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Dörd ölkə (Türkiyə, Azərbaycan, Qətər və Suriya) Azərbaycan qazının Suriyaya çatdırılmasına dair Birgə Bəyanat yayıblar.

Axar.az xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin X sosial media hesabında paylaşılan birgə bəyanatda kəmərin işə salınmasının bölgə xalqlarının təhlükəsizlik və inkişafına töhfə verəcəyi qeyd olunur:

"Bölünməyə deyil, əməkdaşlığa əsaslanan gələcək qurmaq öhdəliyimiz qalmaqdadır".

Bəyanatda regional həmrəyliyin rəmzi olan kəmərin açılışını və Azərbaycandan Suriyaya təbii qazın nəqlinə başlandığını eyni vaxtda elan etmək şərəfi vurğulanıb:

"Rekord müddətdə həyata keçirilən bu layihə 2024-cü ilin dekabrında baş verən tarixi hadisələrdən sonra Suriyanın yenidən qurulması və normallaşması prosesinə həyati dəstəkdir. Gündəlik gücü 6 milyon kubmetr olan Türkiyənin Kilis və Suriyanın Hələb şəhərləri arasında uzanan bu yenilənmiş boru kəməri rəsmi olaraq 2 avqust 2025-ci ildə istismara verilib. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə Suriya Ərəb Respublikasının bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir. Kəmərin işə salınması ilə Hələb Elektrik Stansiyasına qaz axını, Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq".

Bəyanatda bildirilib ki, bu təşəbbüs güclü humanitar təsirə malikdir və birbaşa olaraq Suriya iqtisadiyyatının canlanmasına və xalqın həyat şəraitinin yaxşılaşmasına töhfə verəcək. Bəyanatın davamında deyilir:

"Bundan başqa, ölkələrimiz regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyirlər. Bizim region xalqlarının təhlükəsizlik, inkişaf və qarşılıqlı etimadın üstünlüklərindən birgə istifadə edəcəyi bölünməyə deyil, əməkdaşlığa əsaslanan gələcək qurmaq öhdəliyimiz".

Tarix
2025.08.02 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla