Yuxarı

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Mən Ukrayna adından Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürümüzü çatdırmaq istəyirəm.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba deyib.

"Genişmiqyaslı işğal, eləcə də təcavüzkara qarşı apardığımız bu 11 illik mübarizə müddətində Ukraynaya daimi humanitar dəstək verənlər arasında Azərbaycan da olub. Buna görə xalqımız adından təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, bu dəstək indi o qədər güclüdür ki, buna görə təəssüf ki, Ukraynada Azərbaycan kapitalı olan infrastruktur obyektləri Rusiyanın atəşindən əziyyət çəkir. Mən dostlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, biz gələcəkdə bu obyektlərin bərpasına və qorunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik", - o bildirib.

"Çoxlu birgə layihələrimiz var. Ölkəmizin bərpasında Azərbaycan bizə kömək edir. Bizim Azərbaycan ilə Kiyev vilayətində sosial infrastrukturun bərpasına kömək edən gözəl layihələrimiz var. Bunlar eyni zamanda Ukraynanın şəhər və qəsəbələrində sosial komponentimizi yaxşılaşdırmağa yönəlib. Təbii ki, istilik mövsümünün başlamasına az qalmış bizim üçün çox vacib olan burgə böyük enerji layihələrini və Azərbaycan tərəfinin dəstək paketini qeyd etməyə bilmərəm. Ölkəmizdə qışı heç kim ləğv etməyib. Bu, dördüncü belə qış olacaq ki bu ərəfədə istənilən kömək bizim üçün çox vacibdir. Əməkdaşlıqda qarşımızda duran vəzifələr son dərəcə yüksəkdir. Sizə bir daha təşəkkür edirəm", - baş nazirin müavini əlavə edib.

Tarix
2025.08.18 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla