Yuxarı

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Təhlillər onu göstərir ki, şagirdlərin gündəlik 7–8 dərs saatı ilə yüklənməsi, qısa tənəffüslərin onların psixoloji və fiziki ehtiyaclarını ödəməməsi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov şagirdlərin dərs yükünün ağır olması ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, bu vəziyyət “Ümumi təhsil haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsiplərlə tam uzlaşmır:

“Həmin maddədə vurğulanır ki, tədris prosesi şagirdlərin yaş xüsusiyyətlərinə və sağlamlıq imkanlarına uyğun təşkil edilməlidir. Ancaq 5 dəqiqəlik tənəffüslər və ardıcıl ağır fənlərin eyni günə salınması uşaq beyninin informasiya qəbulunu məhdudlaşdırır. Statistik məlumatlara əsasən, bir çox ölkədə şagirdlərin orta gündəlik dərs yükü 5–6 saat arasında dəyişir və həftəlik dərs saatı isə 30–32 saatı keçmir. Azərbaycanda isə bəzi məktəblərdə bu göstərici 35–37 saata çatır ki, bu da beynəlxalq normalardan yüksəkdir. Dünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmaları göstərir ki, 6–16 yaş arası uşaqların məhsuldar intellektual fəaliyyəti gündə maksimum 5 saatı əhatə edir. Bundan sonra diqqət dağınıqlığı, passiv öyrənmə və yorğunluq yaranır”.

Kamran Əsədov xatırladıb ki, bu problem Elm və Təhsil Nazirliyini də narahat edir:

“Hazırda dərs bölgüsü bir çox məktəbdə hələ də köhnə yanaşma ilə aparılır. Riyaziyyat, fizika və kimya kimi ağır fənlərin eyni günə salınması uşaqların öyrənmə prosesini çətinləşdirir. Halbuki modul yanaşması ilə dərslərin günlər üzrə daha bərabər paylanması beynin yüklənməsini azalda bilər. Burada həmçinin tənəffüs sisteminin yenidən qurulması vacibdir. 5 dəqiqəlik qısa fasilələr uşaqların dincəlməsi üçün kifayət etmir, buna görə də uzun fasilələrin tətbiqi beynəlxalq standartlara uyğun olar.

Elm və Təhsil Nazirliyi bu məsələləri nəzərə alaraq dərs yükünün optimallaşdırılması istiqamətində planlı islahatlar aparır. Son illərdə kurikulumların sadələşdirilməsi, bəzi fənlər üzrə dərs saatlarının yenidən bölüşdürülməsi və inteqrativ yanaşmaların tətbiqi müsbət tendensiyadır. Həmçinin dövlətin bu istiqamətdə gördüyü işləri mütləq qeyd etmək lazımdır.

2022–2026-cı illər üzrə Təhsil Strategiyasında açıq şəkildə göstərilir ki, ümumi təhsilin keyfiyyəti şagirdlərin psixoloji sağlamlığını qorumaqla yanaşı, tədris yükünün optimallaşdırılması ilə də təmin edilməlidir.

Hesab edirəm ki, dərs yükünün ağırlığı probleminin aradan qaldırılması üçün həm qanunvericilikdə nəzərdə tutulan prinsiplərə ciddi əməl olunmalı, həm də dünya təcrübəsinə əsaslanan mexanizmlər tətbiq edilməlidir. Bu islahatlar həyata keçirildikcə şagirdlər daha az yorulacaq, öyrənməyə həvəsi artacaq və təhsilin keyfiyyəti yüksələcək”.

Tarix
2025.09.18 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla