Yuxarı

Muradov erməni jurnalistin suallarını cavablandırdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muradov erməni jurnalistin suallarını cavablandırdı - Video

İrəvan Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları məsələsini qaldırmır, buna görə də bu mövzuda anlayış mövcuddur.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov bildirib.

Muradovun sözlərinə görə, Azərbaycan XİN artıq uzun müddətdir açıq şəkildə bəyan edib ki, sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasına dəyişiklik edilməsindən, yəni “Azərbaycanın ərazi bütövlüyünə potensial iddialara” dair istinadların aradan qaldırılmasından asılıdır.

“Allah qoysa, yaxın vaxtlarda bu, həyata keçiriləcək. O zaman tam hüquqlu sülh müqaviləsinin imzalanmasına və diplomatik münasibətlərin qurulmasına heç bir maneə qalmayacaq”, – deyə ekspert bildirib.

Xüsusilə, o qeyd edib ki, söhbət Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində Qarabağa edilən istinaddan gedir ki, bu da Azərbaycan üçün “həssas məsələ, asta hərəkət edən potensial mina” hesab olunur.

Azərbaycan Konstitusiyasında Ermənistan tərəfi üçün mübahisəli məsələlərin olub-olmaması ilə bağlı suala cavabında Muradov bildirib ki, Əsas Qanunda “Ermənistana qarşı birbaşa ərazi iddiaları yoxdur”.

“Vaşinqtonda ölkələrin müqaviləni paraflaması onu göstərir ki, bu məsələ ilə bağlı anlayış var. Azərbaycanın Konstitusiyası mövzusu isə İrəvan tərəfindən qaldırılmır”, – deyə o, əlavə edib.

Ekspert bir il ərzində sülh sazişinin imzalana biləcəyini istisna etməyib.

Erməni KİV-in Bakıda həbsdə olan separatçılarla bağlı sualına gəlincə, Muradov bildirib ki, onun bu mövzuda danışmağa səlahiyyəti yoxdur.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvanın Azərbaycanın Konstitusiyası ilə bağlı narahatlığı var, çünki orada Ermənistana qarşı ərazi iddiaları mövcuddur. Lakin Ermənistan tərəfi bu məsələni qaldırmayıb.

Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasından Qarabağa dair bəndin yer aldığı Müstəqillik Bəyannaməsinə istinad çıxarıldıqdan sonra İrəvanla sülh müqaviləsi imzalamağa hazırdır.

Tarix
2025.09.22 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla