Yuxarı

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

Ermənistanı müharibəyə keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan sürükləyib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, xüsusən də Sərkisyan və Köçəryan ölkəni Qarabağda - Azərbaycan ərazisində müharibəyə sürüklədikdən sonra oradan Ermənistana qaçıblar.

Nikol Paşinyan keçmiş prezidentləri şəxsi məqsədləri naminə Qarabağda münaqişəni qızışdırmaqda ittiham edərək, onların bu yolla özlərinə böyük sərvətlər topladıqlarını da bildirib:

“Qalib prezidentlər”, “qalib prezidentlər”! Üçüncü Respublikanın tarixi üzərində düşünərkən mən dəhşətlə qeyd bildirmişdim ki, “qalib prezidentlər” adlandırılanların heç biri təsəvvür etdiyiniz kimi deyil, onların heç biri xalqın etimadını qazanmayıb.

Qulaq asın, xalqa “qələbə” gətirmişdinizsə, 1996-cı ildən bəri seçkiləri niyə saxtalaşdırdığınızı izah edə bilərsinizmi? Xalq onlara qələbə gətirən liderləri necə seçə bilməzdi? Necə?”

Baş nazir onların bütün seçkiləri saxtalaşdırdıqlarını qeyd edib:

“Ermənistanın düşüncəli insanları anlayırdılar ki, siz qələbə gətirmədiniz, Ermənistanı heç bir çıxış yolu olmayan uçuruma sürüklədiniz. İndi isə ölürsünüz, çünki görürsünüz ki, bəli, minlərlə qurbanın bahasına o çıxış yolu tapılıb. Sözün əsl mənasında gündə üç dəfə ölürsünüz. Bir dəfə səhər, bir dəfə günorta, bir də qaranlıq çökən kimi.

İndi deyin: debata gələcəksiniz, ya gəlməyəcəksiniz?”

Tarix
2025.09.23 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla