Yuxarı

Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılaşdırdığı əsasnaməyə uyğun olaraq, Almatı bəyannaməsi çərçivəsində aparılacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin İnformasiya və İctimai Diplomatiya Departamentinin rəhbəri Akop Sərkisyan yerli KİV-in müvafiq sualına cavab olaraq bildirib.

“Avqustun 8-də paraflanmış və ayın 10-da dərc edilmiş sazişdən də göründüyü kimi, orada başqa heç nə nəzərdə tutulmayıb. Tam razılaşma bunlar üzrədir.

Bundan başqa, müqavilədə keçmiş sovet sosialist respublikaları arasındakı sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən belə tanındığını təsdiq etməklə tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmətlə yanaşır”, - Ermənistan rəsmisi deyib.

“Əsasnamədə təsbit olunmuş 1991-ci il tarixli Almatı bəyannaməsinin rəhbər tutulmasının əsas prinsipi müvafiq sənədlərin əhatə dairəsini müəyyən edir, bu sənədlər Sovet İttifaqının dağılması zamanı mövcud olan, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında mövcud inzibati sərhədi ifadə edən hüquqi cəhətdən əsaslandırılmış sənədlər və xəritələr olmalıdır”, - Sərkisyan əlavə edib.

Tarix
2025.09.24 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla