Yuxarı

İrəvanda dövlət çevrilişi anonsu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda dövlət çevrilişi anonsu

İrəvandakı hadisələr gözlənilən idi. Siyasi proseslərin gedişatı göstərir ki, Ermənistanda peyda olan yeni qərbyönlülər Sərkisyanın siyasətinə son qoymağa çalışırlar.

Bu barədə Axar.az-a politoloq Arzu Nağıyev açıqlama verib. Politoloq bildirib ki, Sərkisyanın Dağlıq Qarabağ separatçılarına verdiyi müstəqillik sözünü yerinə yetirə bilməməsi bu prosesi dalana dirəyib:

"ATƏT Minsk Qrupunun deklorativ bəyanatlara baxmayaraq, konkret addımlar atılmır. Məhz buna görə də hazırda Sərkisyan dalana dirənib ki, hansısa addımlar atmalıdır. Problemin həlli yolu rayonların boşaldılmasından başlasa, onda Sərkisyan istefaya gedəcək. Əks təqdirdə isə Rusiyadan asılılıq getdikcə özünü daha qabarıq büruzə verir. Belə olan halda Sərkisyanın yalnız bir yolu qalır - status-kvonu uzatmaq və ya prezidentlik səlahiyyəti bitənə qədər buna duruş gətirmək. Müxtəlif yollarla qərbyönlü siyasətçilərin daha da aktivləşməsiylə artıq Sərkisyanın istefası və Səfilyanın azad edilməsi prosesi siyasiləşir. Bu gün Ermənistanda baş qaldıran kütləvi etirazların çevrilişlə nəticələnməsi Dağlıq Qarabağ münaqişəsinin həllini uzada bilər".

Politoloq hesab edir ki, Sərkisyanın getməsi, əslində, Qarabağ prosesini yubada bilər:

"Əgər bu gün Sərkisyan belə bir variantla status-kvonu saxlayırsa, onda rəsmi Bakı təcili danışıqlar prosesində İrəvana təsir etməlidir. Ermənistanın bu gün Qərbə tərəf meyillənməsi düşünülmüş bir siyasi gediş də ola bilər. Çünki İrəvan hərəkətləri ilə bütün təşəbbüsün məhz Rusiyanın əlində olduğunu açıq şəkildə ortaya qoyur".

Qeyd edək ki, iyulun 17-də Yeni Ermənistan İctimai Xilas Fondunun lideri Jirayr Səfilyanın tərəfdarları Erebunidəki Patrul-mühafizə polkuna hücum ediblər. Binanı ələ keçirən qiyamçılar J.Səfilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.

Tarix
2016.07.20 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla