Yuxarı

Anar Əliyev Qusarda vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Qusarda vətəndaşları qəbul etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edib.

Axar.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Müraciətlər fərdi qaydada araşdırılaraq, nəticəsinə uyğun tədbirlər görülüb, habelə sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Qusar rayon sakinləri Mustafayev Samin Oruc oğlu və Davudova Səyyarə Sadulla qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib. Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Mustafayev üçün avtoelektrik xidmətləri, S.Davudova üçün isə maldarlıq istiqaməti üzrə təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda 1311 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Tarix
2026.09.25 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla