Yuxarı

Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyevin müsadirə olunan mənzili hərraca çıxarılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşir.

Yeni tikilmiş binada yerləşən mənzilin sahəsi 200 kv metrdir. Mənzilin ilkin satış qiyməti 517 min manat olsa da, 362 min manata endirilib.

Elçin Quliyevə bu mənzil 2005-ci ildə dövlət tərəfindən verilib. Həmin vaxt onun müavini olmuş polkovnik İlqar Əliyev də eyni binada mənzillə təmin olunub.

Qeyd edək ki, sabiq MTN generalı Elçin Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə ittiham olunan general 2017-ci ilin noyabrında 10 il 6 ay azadlıqdan məhrum edilib.

Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Tarix
2025.10.09 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla