Yuxarı

Cəbhəyanı bölgələrdə növbəti əməliyyat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhəyanı bölgələrdə növbəti əməliyyat

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam, Tərtər və Göygöl rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, bu gün 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi və 1 çınqıl karxanasında 8 partlayış yerinə baxış keçirilib, 1 859 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb, nəticə etibarı ilə 14 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Zəngişalı kəndi - 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Cəmi:2 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 1 çınqıl karxanası ərazisində 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 500 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Cəmi: 1 çınqıl karxanası, 5 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 500 kv.m ərazi yoxlanılıb.

Göygöl rayonu

Yeni Zod kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 7 ədəd – F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarasi (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd–5-45 çaplı avtomat gülləsi və 1 ədəd "Dyankov" əl qumbarası aşkar edilərək, götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı)

Cəmi: 1 ev və həyətyanı sahə, 1 859 ədəd partlamamış hərbi sursat (7 ədəd – F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd – 5-45 çaplı avtomat gülləsi və 1 ədəd "Dyankov" əl qumbarası) aşkar edilərək götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Tarix
2016.07.26 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla