Yuxarı

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Yevlaxda fəaliyyət göstərən iri kərpic istehsalı müəssisəsi BLOKSİ Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) uzun müddətdir əmək haqqı ödənişləri ilə bağlı qalmaqalla gündəmdədir. Müəssisənin rəhbəri Şəmsəddin Muradov işçilərin maaşlarının verilməməsi və əmək hüquqlarının pozulması ilə bağlı şikayətlərin mərkəzindədir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, zavodda çalışan işçilər əmək haqlarını ala bilmədikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) müraciət edib. Nazirliyin apardığı yoxlama nəticəsində müəssisədə əmək haqqı ödənişlərində ciddi pozuntular aşkar edilib.

Nəticədə BLOKSİ MMC barəsində inzibati protokol tərtib olunub. Lakin Yevlax Rayon Məhkəməsi protokolu əsassız sayaraq ləğv edib.

Dövlət Əmək Müfəttişliyi Xidməti Yevlax Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, müəssisə rəhbərliyinin cərimələnməsini tələb edib. Şəki Apellyasiya Məhkəməsi isə şikayəti qismən təmin edərək, işi yenidən araşdırılması üçün Yevlax Rayon Məhkəməsinə göndərib.

Hazırda məsələ məhkəmədə araşdırılır. İşçilər isə Şəmsəddin Muradovdan əmək haqlarının tam şəkildə və qanuni qaydada ödənilməsini tələb edirlər.

Tarix
2025.10.31 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla