Yuxarı

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

Sülh Azərbaycanın şərtləri əsasında - onun tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Suren Surenyants deyib.

“Məqalə “Paşinyanın sülhü - Azərbaycanın şərtləri ilə: Paşinyan Bakının yeni tələbini qəbul etdi” başlığı altında dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub.

Onun sözlərinə görə, bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir”.

Surenyantsın sözlərinə görə, Azərbaycan sülhün yalnız bütün tələblərin tam yerinə yetirilməsi halında mümkün olduğunu gizlətmir:

“Paşinyan isə öz Teleqram kanalında bildirib ki, delimitasiya nəticəsində Ermənistan Başkənd və digər “işğal olunmuş əraziləri” geri qaytarmalıdır. Lakin bu, Başkəndi qaytarmaq cəhdi deyil, qarşılıqlılıq illüziyası yaratmaqdır.

Başkənd mövzusu heç vaxt danışıqlar gündəliyində olmayıb (ən azı Azərbaycanın baxımından), halbuki anklavlar məsələsi çoxdan Bakının tələbləri siyahısına daxil edilib.

Beləliklə, nəticə çıxarmaq olar ki, Paşinyan ya artıq razılaşıb, ya da sadəcə müqavimət göstərməkdən imtina edib”.

Ekspertin fikrincə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və institusional sabitlik baxımından fəlakət olacaq:

“Ermənistanın alternativ yolu var idi:

- Başkəndin dörd anklavla mübadiləsi,

- Ya da məsələnin dondurulması, yəni İrəvan və Bakı arasında etimad mexanizmləri formalaşanadək gözləmək".

Sureyantsın sözlərinə görə, belə addımlar dövlət maraqlarına uyğun və suverenliyə xələl gətirmədən atıla bilər.

Tarix
2025.11.10 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla